Zaurlar uzaq Lüksemburqda qucaqlaşdı - VİDEO+FOTOREPORTAJ

20 İyul 2017 11:36 Avropa Liqası 741
Zaurlar uzaq Lüksemburqda qucaqlaşdı - VİDEO+FOTOREPORTAJ

Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Lüksemburq "Fola"sı ilə cavab matçına çıxacaq "İnter" bu ölkədə son məşqinə çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaur Svanadzenin çalışdırdığı kollektiv artıq matç saatını gözləyir. Paytaxt təmsilçisinin heyətində zədəli və ya cəzalı futbolçu yoxdu.

Bakılıların son məşqini klubun Müşahidə Şurasının sədri, komandanı çətin səfər matçında dəstəkləməyə yollanan Zaur Axundov da izləyib.

Təmsilçimiz bu rəqibinə qarşı Bakıda keçirdiyi ilk oyunda 1:0 hesablı qələbəyə sevinib. Cavab qarşılaşması bu gün keçiriləcək və saat 21:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti