"Fola" nə "İnter"in, nə özlərinin mətbuat konfransını təşkil etdi

20 İyul 2017 10:24 Avropa Liqası 601
"Fola" nə "İnter"in, nə özlərinin mətbuat konfransını təşkil etdi

Bu gün Avroliqanın 2-ci təsnifat mərhələsinin cavab oyununda “İnter” “Fola”nın qonağı olacaq. Sportinfo.az xəbər verir ki, digər avrokubok oyunlarından fərqli olaraq, matçdan bir gün öncə komandaların baş məşqçilərinin ənənəvi mətbuat konfransı keçirilməyib.

Belə ki, “İnter”in mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, meydan sahibləri nə qonaqların, nə də özlərinin mətbuat konfransını təşkil ediblər.

“Fola” - “İnter” oyunu iyulun 20-də, Bakı vaxtıyla saat 21:30-da başlayacaq. Bu komandalar arasında baş tutmuş ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsiylə nəticələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti