Rumıniyada yaşayan jurnalist Abbas Zahidi "Zirə" - "Astra" görüşü barədə düşüncüləriri açıqlayıb. Sportinfo.az xəbər verir ki, UEFA ilə əlaqəli çalışan həmkarımız Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə 1:3-ün revanşının alınacağına inandığını bildirib:
"Zirə" gərək çəkinməsin. İlk oyunda nə olubsa, keçib. Heç bir şey itməyib. 2:0 mümkün hesabdır. "Astra" Bakıya yorğun gəlib. 4-cü gün oynayacaq heyət iyulun 16-sı başqa oyunda olub. Odu ki, oyuna yüksək əhvalda çıxmaq lazımdı".
"Zirə"nin ev oyunlarını görmüşəm. Evdə daha aqressiv və istəkli oynayırlar. Dəqiq deyə bilərəm ki, "Zirə" ev komandasıdı" - "Astra" baş məşqçisi Edvard Yordanesku isə belə deyib.
O, daha sonra əlavə edib: “Evdəki 3:1 hesablı qələbə bizim üçün qazancdı. Ancaq futbolçularıma da bildirmişəm ki, cavab görüşü çox çətin olacaq”.
Rumıniya klubu Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə cavab matçına hazırlaşır. İlk görüşdə 3:1 hesablı qələbə qazanan rumınlar Bakıda da uğurlu nəticəyə ümid edirlər.
Yordanesku bunun komandasına asan başa gəlməyəcəyini bildirib: “Bizi səfərdə ağır sınaq gözləyir. Buna əmin olduğum üçün belə deyirəm. “Zirə”nin ev oyunlarını izləmişəm. Onlar öz meydanlarındakı matçlarda başqa komanda olurlar.
Çox aqressiv və qərarlı futbol sərgiləyir, rəqibi üzərində təzyiq yaradırlar. Sakitliyimizi bacardığımız qədər qorumalıyıq ki, Azərbaycandan qayıdarkən növbəti mərhələ barədə düşünə bilək”.

