Varşava hazırlığına yekun vuran "Qəbələ" Belostoka yollandı

19 İyul 2017 09:48 Avropa Liqası 531
Varşava hazırlığına yekun vuran "Qəbələ" Belostoka yollandı

Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb. Sportinfo.az xəbər verir ki, iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” dünən günün ilk yarısında məşq edib.

Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda baş tutub. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb. “Qırmızı-qaralar” “İbis otel”də məskunlaşıb.

Bu gün komanda matçın baş tutacağı Belostok şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq. İyulun 20-də keçiriləcək “Yagelloniya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti