"Qəbələ"nin yeni ümidi: "Bura asan təslim olmaq üçün gəlməmişik"

18 İyul 2017 18:48 Avropa Liqası 889
"Qəbələ"nin yeni ümidi: "Bura asan təslim olmaq üçün gəlməmişik"

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Polşa “Yagelloniya”sı ilə 1:1-lik bərabərliyə qalmaq “Qəbələ”ni çətin duruma salıb. Artıq 3 gündü hazırlıqlara Polşada davam etdirən “qırmızı-qaralar” özləri də bunun fərqindədirlər. Kluba xeyli sayda yeni oyunçunun qoşulması uyğunlaşma baxımından müəyyən problemlər yaşadıb.

Sportinfo.az xəbər verir ki, debütantlardan biri də Famussa Konedi. Paytaxtımızdakı görüşdə forvard ikinci hissədə meydana çıxmaq şansı əldə etdi və özünü kifayət qədər yaxşı tərəfdən göstərdi. Məsul görüşə 2 gün qalmış Kone sport24.az-a müsahibə verdi. Hücumçu Bakıdakı nəticənin əvəzini Poşada çıxacaqlarına inandığını gizlətmədi.

“Yagelloniya” ilə cavab oyunu öncəsi nə düşünürsən?
- Bilirəm, hamı rəqibi şanslı sayır. Amma biz bura asan təslim olmaq üçün gəlməmişik. Sona qədər mübarizə aparıb üçüncü mərhələyə adlamaq istəyirik. Bunun üçün gücümüz var. Ümid edirəm ki, hər şey xeyrimizə olacaq.

Bakıdakı hesab sizi çətin duruma salıb....
- Yox, bununla razı deyiləm. Düzdür, hesab rəqibin üstünlüyü kimi dəyərləndirilə bilər. Amma biz böyük hesabla uduzmamışıq ki, rəqib əlçatmaz görünsün. Futbolda belə şeylər olur. Polşada daha yaxşı oynayıb qalib gələ bilərik.

Komandadakı çatışmazlıqlar ikinci oyuna kimi azalacaq?
- Əlbəttə. Mövsüm bitdikdən sonra ilk rəsmi oyuna çıxmışdıq. Çatışmazlıqları müəyyən mənada normal saymaq olar.

İlk oyundan sonra hakimdən narazılıqlar var idi...
- Bəzi qərarları doğrudan bizim əleyhimizə idi. Amma bu, artıq geridə qaldı. Sadəcə, ikinci oyunda qalib gəlməyi düşünmək lazımdır.

İlk oyunda artıq çəkidən əziyyət çəkdiyin hiss olunurdu. Cavab qarşılaşmasınadək bu problemi aradan qaldıra biləcəksən?
- Düzdür, istirahətdən qayıdanda artıq çəkim var idi. Amma məşqlərdə bu problemi həll etmişəm. 90 dəqiqə oynamağa hazıram. Amma son qərarı baş məşqçi verir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti