Bakı klubunun potensial rəqibi Luçeskunu,posta gətirir?

18 İyul 2017 09:48 Avropa Liqası 654
Bakı klubunun potensial rəqibi Luçeskunu,posta gətirir?

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda gözlənilmədən İsveçin “Ostersun” klubuna məğlub olan (0:2) “Qalatasaray”ın baş məşqçisi İqor Tudorun kreslosu laxlayır.

Sportinfo.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi artıq xorvat mütəxəssisin yerinə məşqçi axtarışlarına başlayıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Xəbərdə “Qalatasaray”ın prezidenti Dursun Özbekin əvvəllər də komandanı çalışdırmış Mirça Luçeskuyla danışıqlar apardığı qeyd edilib. “Cim-bom”un baş məşqçi postuna digər iki namizəd isə hazırda işsiz olan Tomas Tuxel və Tomas Şaafdı.

Avropa Liqasındakı təmsilçimiz “İnter” ilk matçda 1:0 hesabıyla məğlub etdiyi “Fola”nı (Lüksemburq) keçəcəyi təqdirdə, 3-cü təsnifat mərhələsində “Ostersun” - “Qalatasaray” cütünün qalibiylə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti