Roman Qriqorçukun saatı

18 İyul 2017 09:36 Avropa Liqası 510
Roman Qriqorçukun saatı

İyulun 20-dəAvropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Polşada “Yagelloniya” ilə qarşılaşacaq. Sportinfo.az xəbər verir ki, Belostok şəhər stadionunda baş tutacaq matç öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək.

Oyundan bir gün əvvəl - iyulun 19-da yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30-da) ukraynalı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti