"Qəbələ" bilir ki… - FOTOLAR

18 İyul 2017 09:12 Avropa Liqası 538
"Qəbələ" bilir ki… - FOTOLAR

Avropa Liqasının II təsnifat mərhələsində “Yagelloniya” ilə qarşılaşan “Qəbələ” iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir. Sportinfo.az xəbər verir ki, görüşə Polşanın paytaxtı Varşavada hazırlıq keçən “qırmızı-qaralar” iyulun 17-də növbəti məşqini gerçəkləşdirib.

Baş məşqçi Roman Qriqorçukun yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli “Drukarz” klubunun stadionunda baş tutub. “Qırmızı-qaralar” toplu və topsuz çalışmaları yerinə yetiriblər.

İyulun 16-dan Varşavada hazırlıq keçən “Qəbələ” bu gün də paytaxtda məşq edəcək. Komandamız sabah baş tutacaq oyunöncəsi son məşqi matçın keçiriləcəyi Belostok şəhər stadionunda gerçəkləşdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!