"Buna əmin olduğum üçün belə deyirəm, “Zirə”nı izləmişəm"

17 İyul 2017 17:12 Avropa Liqası 646
"Buna əmin olduğum üçün belə deyirəm, “Zirə”nı izləmişəm"

“Evdəki 3:1 hesablı qələbə bizim üçün qazancdı. Ancaq futbolçularıma da bildirmişəm ki, cavab görüşü çox çətin olacaq” - Sportinfo.az xəbər verir ki, bunu “Astra”nın baş məşqçisi Edvard Yordanesku deyib.

Rumıniya klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə cavab matçına hazırlaşır. İlk görüşdə 3:1 hesablı qələbə qazanan rumınlar Bakıda da uğurlu nəticəyə ümid edirlər.

Ancaq Yordanesku yerli mətbuata açıqlamasında bunun komandasına asan başa gəlməyəcəyini bildirib: “Bizi səfərdə ağır sınaq gözləyir. Buna əmin olduğum üçün belə deyirəm. “Zirə”nin ev oyunlarını izləmişəm.

Onlar öz meydanlarındakı matçlarda başqa komanda olurlar. Çox aqressiv və qərarlı futbol sərgiləyir, rəqibi üzərində təzyiq yaradırlar. Sakitliyimizi bacardığımız qədər qorumalıyıq ki, Azərbaycandan qayıdarkən növbəti mərhələ barədə düşünə bilək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti