Zaur Axundov "İnter"ə 1 milyon mükafat vəd etdi - İKİ MƏRHƏLƏ KEÇ!

17 İyul 2017 11:36 Avropa Liqası 1 686
Zaur Axundov "İnter"ə 1 milyon mükafat vəd etdi - İKİ MƏRHƏLƏ KEÇ!

“İnter” üçün yeni avrokuboklar sezonu əla başlayıb. Paytaxt təmsilçisi 3 matçdı qol buraxmır və… Qazanır!
Zaur Svanadzenin komandası 2015/16 mövsümünün son avrokubok görüşündə başladığı seriyanı davam etdirir.

Həmin vaxt Bakıda “Atletik”lə qolsuz heç-heçə edən sabiq "bankirlər" daha 3 qarşılaşmada eyni etibarlılıq göstərib. “Mladost”la hər iki görüşdə (3:0, 2:0) qapısını quru saxlayan Səlahət Ağayev “Fola” ilə görüşdə də rəqibin fərqlənməsinə mane olub.

Beləliklə, seriya 4-ə çatıb. Bu da komandanın avrokubok tarixində yeni rekorddu. Bunadək “İnter” ən yaxşı halda 3 quru oyunu sıralamışdı, indi komandanın üzərinə düşən vəzifə daha ciddidi. Ötən mövsüm Avropa Liqasında tarixində ilk dəfə 2 mərhələ adlamağın sevincini yaşayan "İnter"in qarşısına yenə bu rekordu təkrarlamaq tapşırığı qoyulub.

Dünən xəbər vermişdik ki, rəhbərlik futbolçulara borcunun əsas hissəsini - aprel və may aylarına olan maaşı ödəyib. "Fola"nı keçsələr, komanda üzvləri ümumilikdə 1 milyon manat mükafat alacaq.

Bunu Müşahidə Şurasının sədri Zaur Axundov söz verib. Yeni patron futbolçularla söhbətində bildirib ki, 2 mərhələ keçsələr, UEFA klubun hesabına 1,5 milyon manata yaxın vəsait köçürəcək və o, həmin məbləğin bəlli hissəsini onlar arasında böləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti