Roman Qriqorçuk 2 gün Ukraynada nə edirmiş?

17 İyul 2017 09:12 Avropa Liqası 737
Roman Qriqorçuk 2 gün Ukraynada nə edirmiş?

Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yollanıb. Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” dünən Varşavada ilk məşqinə çıxıb.

Günün ilk yarısında Polşa paytaxtına çatan komanda axşam məşqi ilə kifayətlənib. Səbəb odu ki, Roman Qriqorçuk bura birbaşa Ukraynadan gəlib. Baş məşqçi ilk matçdan sonra Odessaya yollanaraq, 2 gün istirahət edib.

“Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib.

“Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq. İyulun 20-də baş tutacaq “Yagelloniya” – “Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti