Rumıniya çempionatında yeni mövsümə start verilib. Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Astra" da milli çempionatda ilk matçına çıxıb.
Sözügedən komanda ilk turda doğma meydanda "Sepsi" ilə qarşılaşıb. Meydan sahibləri bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar. "Zirə"nin rəqibinin yeganə qolunu 50-ci dəqiqədə Markinyos vurub.
"Zirə" "Astra"ya qarşı səfərdə keçirdiyi ilk oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Bu klublar arasındakı cavab qarşılaşması iyulun 20-də Bakıda baş tutacaq.

