"İnter"in futbolçuları 2 gün məşqə çıxmadı, 2 ayın maaşını aldı

16 İyul 2017 18:01 Avropa Liqası 1 272
"İnter"in futbolçuları 2 gün məşqə çıxmadı, 2 ayın maaşını aldı

"İnter" Lüksemburq səfərinə kefikök yollanacaq. Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində gələn həftə "Fola"nın qonağı olacaq sabiq "bankirlər"i klub rəhbərliyi sevirndirib.

Sportinfo.az-ın məlumatına görə, komandanın məşqçi və futbolçuları aprel və may ayının maaşını alıb.

Bu, oyunçuların 1:0 qalib gəldiyi ilk matçdan sonra 2 günlük "istirahət" götürməsindən sonra baş verib. Yorulduqlarını əsas gətirən kollektiv üzvləri əməkhaqlarının gecikməsindən yönətimə şikayətlənib, belədə isə onların istəyi yerinə yetirilib.

İdarəçilər ehtiyat edib ki, pulu gətirib stolun üstünə qoymasalar, futbolçular səfərdə qələbə üçün ürəklə döyüşməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti