Qurbanov, Mütəllimov və Dabo "Qəbələ"dən uzaqlaaşdırıldı - FOTO

16 İyul 2017 13:54 Avropa Liqası 1 323
Qurbanov, Mütəllimov və Dabo "Qəbələ"dən uzaqlaaşdırıldı - FOTO

Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" Polşaya yollanıb. "Qırmızı-qaralar" ötən gecə saat 2-də Bakı – Kiyev - Varşava hava reysilə səfərə çıxıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz 2 gün Polşa paytaxtında qalacaq, daha sonra Avroliqadakı rəqibi olan "Yagelloniya"nın təmsil etdiyi Belostok şəhərinə avtobusla yollanacaq.

Roman Qriqorçukun komandası ilk oyunda Bakıda 1:1 hesablı bərabərliyə qaldığı polşalılarla səfər matçına 4 gün əvvəl yollanmağı məqsədəuyğun sayıb. Bu, uyğunlaşmaq, həlledici matça daha yaxşı hazırlaşmaq məqsədi ilədi.

"Qəbələ" zədəli futbolçularını Bakıda saxlayıb. Bunlar müdafiəçi Tellur Mütəllimov, yarımmüdafiəçi Ruslan Qurbanov və fransalı hücumçu Baqali Dabodu., "Yagelloniya" - "Qəbələ" matçı iyulun 20-də Bakı vaxtilə saat 22:30-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti