“Təxminən bir illik fasilədən sonra rəsmi oyunda iştirak etdim. Zədəyə görə mənim üçün çox ağır idi, lakin bəxtim gətirdi" - Sportinfo.az xəbər verir ki, bu sözləri “Astra”nın müdafiəçisi Aleksandru Adrian Dandya deib.
Avropa Liqasının II təsnifat mərhələsinin “Zirə” ilə ilk qarşılaşmasının 55-ci dəqiqəsində “Astra”nın 2-ci qolunu vuran rumın futbolçu uzun fasilədən sonra meydana qayıtdığı üçün sevindiyini söyləyib.
28 yaşlıAleksandru komandaya yeni qoşulan futbolçuların uyğunlaşma prosesini tez keçdiklərini deyib: "Komandaya qalib gəlməkdə kömək etdiyim üçün şadam. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün ciddi üstünlük əldə etdik”.

