“Zirə”yə qalib gələrək, öz gücümüzü göstərdiyimiz üçün şadam. Lakin qələbəni unudub, diqqətimizi cavab matçına cəmləməliyik” - Sportinfo.az xəbər verir ki,, bunu "Astra”nın futbolçusu Aleksandru İonitse Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zirə” üzərində 3:1 hesablı qələbədən sonra “Digi Sport”a deyib.
Rumıniyanın Curcu şəhərindəki görüşün 31-ci dəqiqəsində hesabı açan 23 yaşlı yarımmüdafiəçi bildirib ki, “Astra” ev matçlarında daha yaxşı təsir bağışlayır və sürətli futbol sərgiləyir. “Zirə” və “Astra” arasında cavab görüşü iyunun 20-də “Dalğa Arena”da keçiriləcək.

