Premyer Liqamızın gümüş medalçısı buna son qoydu

15 İyul 2017 17:24 Avropa Liqası 796
Premyer Liqamızın gümüş medalçısı buna son qoydu

"Qəbələ" Avropa Liqasında məğlubiyyətsiz oyunlar seriyasına son qoya bilib. Sportinfo.az xəbər verir ki, Roman Qriqorçukun komandası bunu turnirdə yeni mövsümdə mübarziəyə başaldığı II təsnifat mərhələsində "Yagelloniya" ilə "Bakcell Arena"dakı 1:1 hesabı ilə nəticələnən matçda reallaşdırıb.

Bununla da “Qəbələ”nin avrokuboklarda ardıcıl 7 oyunluq məğlubiyyət seriyası bitib. “Qırmızı-qaralar” sonuncu dəfə ötən ilin avqustunda turnirin pley-offunda “Maribor”la "Dalğa Arena"dakı matçda məğlub olmamışdı – 3:1. Sloveniyadakı cavab oyununda 0:1 hesabı ilə uduzsa da, ardıcıl 2-ci il qrupa düşən "Qəbələ" orada 6 oyunun hamısında yenilib.

Polşalılarla bərabərlik “Qəbələ”nin avrokuboklarda 4-cü mövsümündə 7-ci heç-heçəsi olub. Maraqlıdır ki, ötən mövsümdə Roman Qriqorçukun komandası evdə sülh imzamalayıb. Öz meydanında axırıncı bərabərlik qrupda debüt oyununda - PAOK-la "Bakcell Aena"da qolsuz olub.

"Qırmızı-qaralar"ın Avropa Liqasında 1:1-ləri səfərdə - Kiprdə "Apollon"la və Fransada "Lill"lə olub. Avrokuboklarda iniyədək yalnız Avropa Liqasında çıxış edən "Qəbələ"nin hesabında 8 qələbə, 16 məğlubiyyət var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti