"Həm "Astra", həm də "Zirə" bizim üçün normal rəqibdi" - FOTO

15 İyul 2017 11:36 Avropa Liqası 659
"Həm "Astra", həm də "Zirə" bizim üçün normal rəqibdi" - FOTO

"Portuqaliyanın "Maritimu" klubunun rəqib olmasını istəməzidm. Çünki ora yol uzaqdı. Hesab edirəm ki, bizə normal püşkü düşdü" - Sportinfo.az xəbər verir ki, bu fikirləri "Aleksandriya"nın baş məşqçisi Vladimir Şaran bildirib.

Avropa Liqasının III təsnifat mərhələsində "Astra" (Rumıniya) - "Zirə" (Azərbaycan) cütünün qalibi ilə düşən ukraynalılar pley-offa çıxmaq niyyətindədi. Şaran bunun reallaşdırılması üçün az səyl əsirgəməyəcəklərinə şübhə etmir.

"Zirə" iyulun 20-də cavab oyununda qəbul edəcəyi "Astra"ya səfərdə 1:3 hesabı ilə uduzub: "İstənilən halda, maksimum gücümüzü qoymalıyıq.

Yetirmələrim onu başa düşməlidi ki, yoxlama oyunları ilə rəsmi matçlar fərqlənir. Sonda kim "Aleksandriya"ya düşsəydi belə, qarşıdakı məqsədimiz Avropa Liqasının pley-offuna yüksəlməkdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti