Ata “Zirə”yə şans tanımadı: "Astra” bu mərhələni keçəcək”

14 İyul 2017 20:24 Avropa Liqası 917
Ata “Zirə”yə şans tanımadı: "Astra” bu mərhələni keçəcək”

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Zirə” səfərdə Rumıniyanın “Astra” klubuna 1:3 hesabıyla məğlub oldu. Sportinfo.az xəbər verir ki, məşhur rumıniyalı mütəxəssis Angel Yordanesku yerli mətbuata oyunla bağlı fikirlərini bildirib.

Anqel Yordanesku “Astra”nın baş məşqçisi Edvard Yordaneskunun atasıdı. O, cavab oyununda tam fərqli rəqib görəcəklərini deyib: “Komandada özünəinam hissinin yaranması üçün vacib qələbə idi.

Cavab oyununda tam fərqli rəqiblə qarşılaşacağıq. Bu cür oyunlarda cavab qarşılaşması daha həlledici olur. Bu oyun göstərdi ki, komandada xətlərarası əlaqə istənilən səviyyədə deyil. Ümid edirəm ki, “Astra” bu mərhələni keçəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti