"Fasilədə danışdıq, söz verdik"

14 İyul 2017 15:00 Avropa Liqası 631
"Fasilədə danışdıq, söz verdik"

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç Avroliqanın 2-ci təsnifat mərhələsi çərçivəsində “Yagelloniya”ya qarşı keçirdikləri ilk oyundan sonra sualları cavablandırıb. Sportinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı öncə bunları söyləyib:

- Cütün taleyi hələ açıq qalıb. İkinci oyunda hər şey bəlli olacaq.

Necə düşünürsən, bu rəqibi keçmək olar?
- Əlbəttə. Keçə bilərik. İkinci oyuna daha yaxşı hazıraşacağıq. Mərhələni keçmək istəyirik.

İlk hissədə nisbətən zəif görünürdünüz, fasilədən sonra isə sanki bir az canlanma oldu...
- Fasilədə danışdıq, söz verdik çıxıb daha yaxşı oynayaq. Başlayan kimi qol da vurduq.

Şansları necə dəyərləndirirsiniz?
- Şanslar hələ də 50/50-dir.

Yeni transferlər sanki komandaya uyğunlaşa bilmirlər...
- Hamısı yaxşı oyunçulardı. Sadəcə, ilk matçlarına çıxırdılar. İkinci oyunda daha yaxşı olacağını düşünürəm.

Hakimlik haqqında nə deyə bilərsiz?
- Bu barədə danışmaq istəmirəm. Cavab matçını düşünməli və ona hazırlaşmalıyıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti