Bu qədər qorxaq olarsan…

14 İyul 2017 14:12 Avropa Liqası 694
Bu qədər qorxaq olarsan…

Yeni avrokuboklar sezonu üçüncü həftəsində ilk məğlubiyyətin üzüntüsünü yaşadıq. Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Astra” – “Zirə” matçı iki uğursuzluğu tarixləşdirdi.

Bunadək keçirilən 7 qarşılaşmada 6 qələbə qazanan komandalarımız 1 heç-heçə etmişdi. Məğlubiyyət həm də “Zirə”nin avrokuboklarda ilk yenilgisini rəsmiyyətə aldı.

Halbuki "Zirə"nin Rumıniya səfərindən sərfəli nəticə ilə dönəcəyinə inananlar az deyildi. "Astra"nın keçənilki "Astra" olmaması, böyük dəyişikliyə uğraması, büdcəsinin 50 faiz azalması, aparıcı futbolçuların kütləvi surətdə yeni müqavilə bağlamaqdan imtina etməsi və digər səbəblər "Zirə"nin əleyhinə işləyirdi.

Bu imkandan yararlanıb, III mərhələyə vəsiqənin müqqədaratını Azərbaycana saxlamaq lazım idi. Və bu, real idi, boş xülya deyildi.

Ayxan Abbasovun məşqçi kimi təcrübəsiz olmasını dönə-dönə vurğulamışıq. "Zirə" avro-meydanla II etapda vidalaşsa, bu üzdən vidalaşacaq. O, bu səfər ultra-müdafiə futbolu oynatmamalıydı. Riskə getsəydi, "Astra" asanlıqla qələbə çalmazdı. Əvvəl-axır qorxan gözə çöp düşməliydi.

"Differdanj"ın səviyyəsi çatmadı, əvəzində "Astra" hamımızı tüstülətdi. "Zirə" hələ Lüksemburqda bütün kartları açıb mizin üzərinə düşmüşdü. Rumınlar görmüşdü ki, "Zirə"nin gücü hücumçularının fərdi ustalığındadı, müdafiə xətti çox zəifdi.

Mərdəkanda - "Differdanj"lai lk oyundan etibarən bu xəta seti üstünə qoyaraq gedirdi və Giurgiuya qədər mövcud çatışmazlıqları müəyyən qədər aradan qaldırmaq olardı. "Zirə"nin "axill dabanı" kimi "ikinci mərtəbə" və cinah asmalarını müəyyənləşdirən Eduard Yordanesku istəyinə çatdı. Rumınların baş məşqçisi yanılmamışdı: "Astra"nın ikinci və üçüncü qolunu nəzərdən keçirin.

İlk oyun arxada qalsa da, həlledici hesabata hazırlıq dövrü 3:1-dən sonra başlanıb. Klubların sayının az, rəqabətin minimal olmadığı yarışların hər birində bu hal yaşanır. Belə yarışları izləyənlərə, yəqin, bir vaxtların Şotlandiya çempionatını xatırlatmaq da yerinə düşər. Qlazqonun "Reyncerz"i ilə "Seltik"inin mübarizəsi turnrin lap əvvəlindən axırına qədər bir kök üstə bitirdi: kim qalib gələcək?

İki ildi bizim "premyer"li liqamız da bu səmtə yönəlib. Hərçənd hər dəfə ümid olur ki, "Qəbələ" ilə "Qarabağ"ın mübarizəsinə üçüncü komanda müdaxilə edə biləcək. Axı potensial olaraq, elitada yer alan hər bir komanda buna qadir hesab olunur. Lakin Avroliqanın II turu əksini bir daha nümayiş etdirdi. İstər "İnter", istər "Qəbələ", istərsə də "Zirə" nisbətən diri, lakin qitə arenasında ortabab belə sayılmayan rəqibləri ilə görüşlərdə özünü itirdi.

Bu mətləblərin, yay fasiləsindən sonrakı dövrün ən maraqlı məqamını əvvəldən proqnozlaşdırmaq olardı. Çünki "İnter" öz təpəri, "Qəbələ" yeniləşib güclənmiş heyəti ilə bu mübarizədə öz sözünü deməyə çətinlik çəkdi. Hərdən Məstəlişahsayağı barıtını partlada biləcək "Zirə" də sözünü demək imkanını itirib. Elə buna başlayıblar da.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti