"İnter" üçün iyulun 12-si avrokuboklarda düşərli gündü. Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci bu dəfə tarixdə qitəmiqyaslı turnirlərdə qalib gəlib. Maraqlıdır ki, bu, yenə Avropa Liqasında, yenə də "Dalğa Arena"da olub.
Onda "İnter" turnirin II təsnifat mərhələsində Estoniyanın "Trans" klubunu 2:0 hesabı ilə məğlub etmişdi. Bundan 5 il sonra bakılılar Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Lüksemburqun "Fola" klubuna 1:0 hesabı ilə qalib gəlib.
12 iyulda digər təmsilçilərimiz də oynayıb ki, bu zaman qələbəylə yanaşı, məğlubiyyət də olub. 2000-ci ildə "Şəmkir" Çempionlar Liqasında Latviyaya "Skonto"ya 1:2, 2012-ci ildə "Bakı" Avropa Liqasında Sloveniyada "Mura" klubuna 0:2 hesabı ilə uduzub.
"Neftçi" isə 2005-ci ildə Çempionlar Liqasında İslandiyanın "Hafnarfyordur" 2:0, 2008-ci ildə İntertoto kubokunda Belçikanın "Jerminal" klubuna 1:0 hesabı ilə qalib gəlib.

