Cari mövsüm avrokuboklara 6 oyunda 6 qələbə ilə başlayan klublarımız ötən gün bu uğurun davamını gətirə bilmədi. Sportinfo.az xəbər verir ki, ilk olaraq “Qəbələ” Bakıda “Yagelloniya”nın müqavimətini qıra bilmədi – 1:1.
Bununla da “Qəbələ” avrokuboklarda ardıcıl 7 oyunluq məğlubiyyət seriyasına son qoydu. “Qırmızı-qaralar” sonuncu dəfə ötən ilin avqustunda AL-in pley-offunda “Maribor”la Bakıdakı matçda məğlub olmamışdı – 3:1.
Polşa klubu ilə heç-heçə həm “Qəbələ”nin avrokuboklarda 7-ci bərabərliyi oldu. Bundan başqa, “qırmızı-qaralar”ın aktivində 8 qələbə və 16 məlubiyyət də var. Topların fərqində də rəqiblərin üstünlüyü diqqət çəkir - 32:45.
Oyun həm də Polşa klublarına qarşı 23-cü qarşılaşma oldu. Bu görüşlərdə şərqi avropalıların qələbə sayında üstünlüyü aşkardı: 14:4. Qalan 5 matçda isə heç-heçə qeydə alınıb.
Rumıniyada “Astra” ilə qarşılaşan “Zirə isə vətənə əliboş dönür. “Qartallar” səfərdə rəqibinə məğlub olub – 1:3. Bu həm klublarımızın car mövsümdə, həm də “Zirə”nin avrokuboklarda ilk məğlubiyyəti kimi tarixə düşdü. Bu, klublarmızın Rumıniya təmsilçilərinə qarşı 5-cı matçda 4-cü yenilgisidi. Yeganə qələbəni isə 2008-ci ildə İntertoto kubokunda “Neftçi” Bakıda “Vasluy” üzərində qazanıb – 2:1.
Maraqlıdı ki, 9 il əvvəl qələbə qolunu vuran Rəşad Sadiqov bu dəfə də rumınlarla matçda fərqləndi. Bu həm də onun avrokuboklarda 8-ci qolu oldu. Sadiqov təmsilçilərmizin heyətində avrokuboklarda ən məhsuldar 2-ci futbolçudu. O, yalnız 2013-2016-cı illər aralığında “Qarabağ”da oynamış Reynaldodan geri qalır. Braziliylalının aktivində 11 qol var.

