"Səbəbini konkret deyə bilməyəcəm" - "Qəbələ"nin legioneri

14 İyul 2017 08:24 Avropa Liqası 541
"Səbəbini konkret deyə bilməyəcəm" - "Qəbələ"nin legioneri

“Qəbələ”nin müdafiəçisi Voyislav Stankoviç Avroliqanın 2-ci təsnifat mərhələsi çərçivəsində “Yagelloniya”ya qarşı keçirdikləri ilk oyundan sonra jurnalistlərə müsahibə verib. Sportinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı öncə bunları söyləyib:

- Maraqlı matç oldu. Rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Bu gün bunun şahidi olduq. Fasiləyə məğlub yollansaq da, ikinci hissədə ardıcıl hücumlar qurduq və nəticədə bərabərlik qolunu vurduq. Bizim şanslarımız yenə oldu, təəssüf ki, onları realizə edə bilmədik.

Yeni komanda yoldaşlarınız özlərini necə göstərdilər?
- Yeni futbolçuların adaptasiya olması üçün müəyyən zaman ehtiyacı olur. Onların bu gün bu prosesi tam keçdiklərini bilmirəm, amma növbəti oyuna qədər tam hazır olacaqlarına inanıram. Qarşıda bir həftə vaxtımız var və bu zaman kəsiyi işimizə yarıyacaq.

Fərqli hissələr izlədik. Fasiləyə qədər zəif çıxış etməyinizin səbəbini izah edə bilərsinizmi?
- Səbəbini konkret deyə bilməyəcəm. Fasiləyə qədər 2-3 epizodda rəqibə uduzduq. Amma fasilədə toparlandıq və ikinci hissədə hadisələrin axarını dəyişməyə borclu olduğumuzu söylədik. İzlədiyiniz qədəri ilə bizim qol şansımız daha çox oldu. Yeganə çatışmazlıq həmin epizodları realizə edə bilməməyimizdi. Biz vura bilmirdik, onlar əks-hücumlar qururdular.

Cavab oyunu haqda nə düşünürsüz?
- İlk görüşdə məğlub olmadıq. Səfərdəki qarşılaşmada isə bizə sərf edən nəticəni qazanmaq üçün çalışacağıq. Açığı, bunun üçün şansımız da var. Qələbə də qazana bilərik, bizə sərf edən heç-heçəni də əldə edə bilərik. Oyunun gedişi nəticəni müəyyənləşdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti