Avropa Liqasının 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, 2-ci təsnifat mərhələsinə bir gün öncə Bakıda start verilib. Bu turnirdəki təmsilçilərimizdən “İnter” Lüksemburq “Fola”sını minimal hesabla məğlub edib.
Digər təmsilçilərimiz - “Qəbələ” və “Zirə” isə ikinci oyun günündə meydana çıxıb. “Qırmızı-qaralar” evdə Polşa “Yagelloniya”sı ilə 1:1 bərabərə qalıbsa, “qartallar” səfərdə “Astra”ya 1:3 hesabıyla uduzub.
Türkiyə nəhəngi “Qalatasaray” da mübarizəyə başlayıb. “Sarı-qırmızılar” İsveçdə “Ostersun”un qonağı olub və gözlənilməz məğlubiyyətlə üzləşib.
İnter (Azərbaycan) - Fola (Lüksemburq) 1:0
İrtış (Qazaxıstan) - Srvena Zvezda (Serbiya) 1:1
Kayrat (Qazaxıstan) - Skenderbeu (Albaniya) 1:1
Makkabi (Təl-Əviv, İsrail) - Reykyavik (İslandiya) 3:1
Rabotniçki (Makedoniya) - Dinamo (Minsk, Belarus) 1:1
Şkendiya (Makedoniya) - HİK (Finlandiya) 3:1
Rujomberok (Slovakiya) - Brann (Norveç) 0:1
Nomme Kalyu (Estoniya) - Videoton (Macarıstan) 0:3
Brondbü (Danimarka) - Vaasa (Finlandiya) 2:0
Altax (Avstriya) - Dinamo (Brest, Belarus) 1:1
Liepaya (Latviya) - Suduva (Litva) 0:2
Vaduts (Lixtenşteyn) - Odd (Norveç) 0:1
Hauqesun (Norveç) - Lex (Polşa) 3:2
Ostersun (İsveç) - Qalatasaray (Türkiyə) 2:0
Qəbələ (Azərbaycan) - Yagelloniya (Polşa) 1:1
Apollon (Kipr) - Zarya (Moldova) 3:0
Astra (Rumıniya) - Zirə (Azərbaycan) 3:1
Valletta (Malta) - Utrext (Hollandiya) 0:0
Proqres (Lüksemburq) - AEL (Kipr) 0:1
Beytar (İsrail) - Botev (Bolqarıstan) 1:1
Norçepinq (İsveç) - Trakay (Litva) 2:1
Slovan (Slovakiya) - Lyunqbyu (Danimarka) 0:1
Trençin (Slovakiya) - Bney Yehuda (İsrail) 1:1
Hayduk (Xorvatiya) - Levski (Bolqarıstan) 1:0
Şturm (Avstriya) - Mladost (Monteneqro) 0:1
Jelezniçar (Bosniya və Herseqovina) - AİK (İsveç) 0:0
Kork Siti (İrlandiya) - AEK (Kipr) 0:1
Aberdin (Şotlandiya) - Şiroki Briyeq (Bosniya və Herseqovina) 1:1
Osiyek (Xorvatiya) - Lütsern (İsveçrə) 2:0
Ferensvaroş (Macarıstan) - Midtyulland (Danimarka) 2:4
Şemrok Rovers (İrlandiya) - Mlada Boleslav (Çexiya) 2:3
Panionios (Yunanıstan) - Qoritsa (Sloveniya) 2:0
Valyur (İslandiya) - Domjale (Sloveniya) - 1:2

