"Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq".
Sportinfo.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Rumıniyada "Astra"ya 1:3 hesabı ilə uduzduqları Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis futbolçularının əzmkarlığının qaneedici olduğunu bildirib: "Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdır. İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik".

