"Siz burda bağırın, mən və "Qəbələ" səsinizi stadionda batıracağıq"

13 İyul 2017 18:00 Avropa Liqası 828
"Siz burda bağırın, mən və "Qəbələ" səsinizi stadionda batıracağıq"

“Qəbələ” bu gün Avropa Liqasının II təsnifat mərhələsində “Yagelloniya”nı qəbul edəcək. Sportinfo.az xəbər verir ki, oyuna 6000-dən artıq bilet satılıb. Matç saatına qədər (saat 21:00) bu rəqəmin xeyli artacağı gözlənilir. Polşa klubunun isə 25 azarkeşi Bakıya gəlib.

Matçın diktoru, tanınmış idman jurnalisti İlkin Fikrətoğlu ilə Bakıya gələn polşalı azarkeşlər arasında söz atışması olub. O, hadisənin Kiyev – Bakı təyyarə reysində baş verdiyini deyib: “Dünən dostum və həmkarım Elnur Məmmədli ilə Kiyevdən Bakıya polyak fanatlatla eyni təyyarədə gəldik.

30-35 nəfər olardılar, səs-küyləri təyyarəni götürmüşdü. 3 saatlıq uçuş boyu bir dəqiqə də sakit dayanmadılar. Sərnişinlərin narazılığı, stüardessaların xəbərdarlığı belə onlara təsir etmədi. Aralarında rus dilini bilən bir neçə nəfər -Adam, Artur, Yakub və başqaları var idi. "Qəbələ" haqda yetərincə məlumat toplamışdılar.

Yeni transferlər, son yoxlama oyunları, ardıcıl iki il qrupda oynamaları və sair. Rəqibin sıradan biri olmadığının fərqindədilər. Amma təbii ki, öz komandalarına inanıb o qədər yolu Polşadan Bakıya gəlirdilər. Onlara "Qarabag"ın "Visla" və "Şlensk" üzərindəki qələbələrini xatırladıb qıcıqlandırmağa çalışdıq.

Veclərinə də olmadı, hətta sevindilər ki, yaxşı edib "Visla"ya qalib gəlmisiz. Onları yalnız öz klubları - 40 illik tarixi ərzində hələ ki, çempion ola bilməyən "Yagelloniya" maraqlandırır. Polyak fanatlara dedim, oyunun stadionda diktoru mənəm, siz burda, təyyarədə bağırın, sabah isə mən və "Qəbələ"nin əsl fanatları sizin səsinizi stadionda batıracağıq. İnşallah, "Qəbələ" bizi peşman etməz”. (qol.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti