Mirhüseyn "CBC Sport"un xanım şərhçisini topla vurmasından danışdı

13 İyul 2017 13:24 Avropa Liqası 803
Mirhüseyn "CBC Sport"un xanım şərhçisini topla vurmasından danışdı

Sportinfo.az xəbər verir ki, “İnter”in futbolçusu Mirhüseyn Seyidovun Avropa Liqasının II təsnifat mərhələsində "Fola"yla oyundan sonra. müsahibə verib. "Dalğa Arena"da keçirilən matçda qələbə topunun müəllifi olan 25 yaşlı yarımmüdafiəçi sualları cavablandırıb.

Asan qələbə gözləsək də, buna yalnız sonda nail oldunuz…

- 90 dəqiqə mübarizə apardıq. Sonda çəkdiyimiz əziyyət bəhrəsini verdi. "Fola" heç də zəif komanda deyildi. Həm də cavab oyununu da fikirləşirdik və buna görə də qol buraxmamağa çalışırdıq.

Qol epizodunu necə xatırlayırsan?

- Uzaq məsafədən zərbə endirdim. Həmin anda sanki kimsə dedi ki, həmin yerə get, top ora gələcək. Qismət elə gətirdi ki, lazımı anda lazımı nöqtədə oldum. Top qarşıma düşdü və zərbə vurmaq qərarını verdim. Deməli, doğru qərar vermişəm.

Avrokuboklarda uzun müddətdi oynasan da, ikinci qolunu vurdun…

- Bəli, ilk qolumu “Neftçi”də vurmuşdum. Bu, Avropa Liqasında Sloveniyada "Koper"lə cavab oyununda baş tutmuşdu. Həmin vaxt evdə məğlub olmuşduq – 1:2. Səfərdə vurduğum qol bizə qələbə qazandırdı. Bu gün isə mərhələnin ilk matçı idi və yenə evdə mübarizəyə başladıq. Əsas olan komandanın uğur qazanmasıdı, mənim fərqlənməyim yox. Təki bu qol komandamıza uğur gətirsin. Sözsüz, növbəti oyunda daha diqqətli olmalıyıq.

Vurduğun qoldan sonra əsas heyətə düşmək şansın artırmı?

- Bir qolla əsas heyətə düşmək olmaz. Baş məşqçi də istəyir ki, əvvəlki formamı bərpa edim və start heyətində yer alım. Əsas heyətə düşə bilmirəmsə, bunun günahkarı baş məşqçi deyil. Hər şeyi Zaur Svanadzeninin üzərinə atmaq olmaz. Çalışmalıyam ki, əvvəlki kimi yaxşı formada olum. “Neftçi”dən sonra mənə çox çətin oldu, bir az psixoloj sıxıntı keçirirdim. Bunu açıq deməliyəm. Bu gün “İnter”dəyəmsə, komandaya faydalı olmaq üçün əlimdən gələni etməliyəm.

Rəqibə yaxından bələd oldun. Səfər oyununda nəyə ümid etmək olar?

- Əlbəttə, Lüksemburqda çox çətin olacaq. Öz oyunumuzu da təhlil edəcəyik. Rəqib Avropanın elə yerində yerləşir ki, istənilən futbolçu rahatlıqla gəlib orda oynaya bilər. Çox diqqətli olmalıyıq.

Oyundan əvvəl baş məşqçiniz futbolçuların arxayınlaşacağından ehtiyatlandığını bildirmişdi. “Mladost” üzərindəki qələbənin təsiri hiss olunurdumu?

- “Mladost”a iki oyunda 5 cavabsız qol vurmağımızın təsiri də hiss olunurdu. Yaxşı oldu ki, bu matçda qol buraxmadıq. Minimal fərqli qələbə olsa da, qapımızı toxunulmaz saxlaya bildik.

Fiziki baxımdan tam formada deyildin...

- Səhvlərimi, çatışmazlıqlarımı bilirəm. Çalışacam ki, onları aradan qaldırım. Bu gün qol vurmuşam deyə hər şey əladı, demirəm.

Ötən həftə topu xanım şərhçiyə vurmaqla, bu dəfə isə rəqib toruna qovuşdurmalqa gündəmə gəldin…

- Deyirdilər ki, futbolçular qapıya düşə bilmir. Bu gün həm də qapıya düşə bildik. "CBC Sport"un xanım şərhçisinin da ayağı düşərli oldu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti