"Məlumat toplamaq elə də çətin deyil, bir az vaxta ehtiyacımız var"

13 İyul 2017 00:53 Avropa Liqası 610
"Məlumat toplamaq elə də çətin deyil, bir az vaxta ehtiyacımız var"

"Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyada “Astra”ya qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Sportinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz də eynilə rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Bizim də heyətimizdə 7-8 yeni futbolçu var. Uyğunlaşma üçün bir az vaxta ehtiyacımız var. Avrokuboklarda ilk dəfədi çıxış edirik. Bu, bizim debüt mövsümümüzdü.

Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq. Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq. Ümumiyyətlə, “Astra” haqqda məlumat toplamaq elə də çətin deyil.

Klub haqda ümumi məlumata sahibik. Rəqibin heyətində də yeni futbolçular var. Bizim üçün də maraqlıdı ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq.

Məşqçi işini müşahidə etdikdə görünür ki, rəqib topla oynamağı sevir. “Astra” həqiqətən güclü komanda təsiri bağışlayır. Qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdi. Lakin biz də çalışacağıq ki, lazımi nəticəni əldə edək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti