Avropa Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Astra” heyətinə yeni oyunçu cəlb edib. Sportinfo.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Mateo Polyakla razılıq əldə olunub.
Artıq Rumıniyada olan 27 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı bildirilir. Onun adının “Zirə” ilə oyunlar üçün iştirak ərizəsinə salınıb-salınmayacağı isə hələlik bəlli deyil.
Xorvatiyanın “Lokomotiva” və “Dinamo” klublarında da çıxış etmiş Mateo Polyak son olaraq Avstraliya “Nyukasl”ında oynayıb.
2012-2015-ci illərdə Avstraliyanın “Sidney Uonderers” klubunda çıxış edən yarımmüdafiəçi bu komandanın heyətində Asiya Çempionlar Liqasının qalibi olub. "Zirə" ilə "Astra" arasında ilk oyun sabah Rumıniyada keçiriləcək.

