"Fola"nın baş məşqçisi Jeff Strasser Avropa Liqasının II təsnifat mərhələsində "İnter"lə oyncönsəsi mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, lüksemburqlu mütəxəssis "Dalğa Arena"da jsualları cavablandırıb.
- Əvvəla, hər birinizi salamlayıram. Avropa Liqasının II təsnifat mərhələsinə keçdiyimizə görə şadıq. "İnter"i analiz etmişik. Deyə bilərəm ki, güclü komandadı. Hesab edirik ki, sabah bizi çətin sınaq gözləyir.
"İnter" haqda ümumi fikrinizi bildirdiniz. Rəqibinizin "Mladost"la oyunlarına əsasən hansı üstün cəhətlərini, hansı futbolçularını qeyd edərdiniz?
- "İnter" intizamlı komandadı. Güclü müdafiə xəttinə malikdi. Rəqibimiz əstandart vəziyyətlərdə və əsk-hücumlarda təhlükəlidi. Adrian Skarlatakenin cərimə zərbələriindən yaxşı istifadə edir. "İnter"də 8 (Nizami Hacıyev), 9 (pərdis Fərzad-Azad) və 11 nömrəli (Rauf Əliyev) futbolçuları da qeyd edərdim.
Sabahkı oyunda hansı nəticə sizin üçün uğurlu sayılacaq?
- Bunu indi demək çətindi. Hər halda, növbəti mərhələyə çıxmaq üçün səfərdən yaxşı nəticə ilə qayıtmalıyıq. "İnter"də fərdi, texnikalı oyun baxımından güclü futbolçular var. 10 nömrə (Elnur Abdullayev) və 24 nömrə (Fuad Bayramov) orta sahədə böyük iş görür.

