Svanadze tez danışacaq

11 İyul 2017 12:12 Avropa Liqası 450
Svanadze tez danışacaq

"İnter" iyulun 12-də Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburqun "Fola" komandası ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, iyulun 11-də "Dalğa Arena”da hər 2 komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün komandaların açıq məşqi keçiriləcək. Qrafik aşağıdakı kimidi:

18:30. "İnter”in baş məşqçisinin mətbuat konfransı

19:00. "İnter”in açıq məşqi (ilk 15 dəqiqə)

19:30. "Fola”nın baş məşqçisinin mətbuat konfransı

20:00. "Fola”nın açıq məşqi (ilk 15 dəqiqə)

Konfranslarda iştirak etmək istəyən KİV nümayəndələri üçün nəqliyyat vasitəsi ayrılacaq. KİV nümayəndələrindən iyulun 11-də saat 17:30-da Ulduz metrostansiyasının qarşısında olmaları xahiş edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti