"Qəbələ” böyük büdcəyə və yaxşı oyunçulara sahibdi, lakin..."

11 İyul 2017 15:00 Avropa Liqası 762
"Qəbələ” böyük büdcəyə və yaxşı oyunçulara sahibdi, lakin..."

"Qəbələ” böyük büdcəyə və yaxşı oyunçulara sahib klubdu. Yay fasiləsində 9 oyunçu transfer ediblər. Ancaq bu o demək deyil ki, onlar komanda gücləndiriblər. Çünki yeni futbolçuların yeni kollektivə uyğunlaşmaq üçün zamana ehtiyacları var".

Sportinfo.az-ın məlumatına görə, bu sözləri Polşa "Yagelloniya"sının baş məşqçisi İreniuş Mamrot Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyun öncəsi klubun saytına açıqlamasında deyib.

O bildirib ki, “Qəbələ”nin yeni transferlərinin hamısı start heyətində meydana çıxsa, Polşa klubu üçün daha yaxşı olar: "Çünki çox az müddət bir yerdə olublar və kollektivin formalaşması vaxt tələb edir. Bu da bizə əlavə şans yaradır”.

İ.Mamrot "Qəbələ"ni yaxşı təhlil etdiklərini söyləyib: “Onlarda çempionat çoxdan bitib. Amma rəqibin Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama oyunlarının videoyazısına baxmışam. Əlbəttə ki, güclü komandadır. Ancaq biz onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti