"Qarabağ"ın qələbəsi, "Neftçi"nin heç-heçəsi "Zirə"ni arxayın salacaq?

11 İyul 2017 00:53 Avropa Liqası 894
"Qarabağ"ın qələbəsi, "Neftçi"nin heç-heçəsi "Zirə"ni arxayın salacaq?

Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Astra” – “Zirə” görüşünü idarə edəcək Sergey Sinkeviç indiyə kimi 2 dəfə təmsilçilərimizin oyunlarını idarə edib.

Sportinfo.az xəbər verir ki, belaruslu ədalət təmsilçisi ilk dəfə 2014-cü ildə ÇL-in 2-ci təsnifat mərhələsində “Qarabağ”ın evdə Malta “Valetta”sını darmadağın (4:0) etdiyi matçda fit çalıb. Bu görüşdə o, ağdamlıların 1, rəqibin 4 oyunçusuna "sarı" göstərib və adalıları 1 nəfər azlıqda qoyub.


Sinkeviçin yolu 2-ci dəfə təmsilçilərmizdən “Neftçi” ilə kəsişib. “Ağ-qaralar”ın ötən il AL-də Makedoniya “Şkendiya”sı ilə 0:0 hesabı ilə yekunlaşan oyununda o, bakılıların 1, rəqibin 2 futbolçusuna sarı vərəqə göstərib.

2010-cu ildən FİFA referisi adını daşıyan fit sahibi bu müddətdə idarə etdiyi 28 beynəlxalq matçda futbolçulara 78 sarı, 5 qırmızı vərəqə göstərib, həmçinin 3 dəfə də qapılara penalti təyin edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti