Öncə "Astra", sonra "Zirə"

10 İyul 2017 20:48 Avropa Liqası 608
Öncə "Astra", sonra "Zirə"

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Astra" (Rumıniya) - "Zirə" (Azərbaycan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Sportinfo.az xəbər verir ki, "Marin Anastasovici" stadionunun mətbuat zalında öncə meydan sahiblərinin baş məşqçisi Edvard Yordanesku jurnalistlərin önünə çıxacaq. Rumıniyalı mütəxəssisin mətbuat konfransı saat 18:30-da baş tutacaq. 19:00-da isə Ciurciu təmsilçisinin son məşqi baş tutacaq.


"Zirə"nin çalışdırıcısı Ayxan Abbasovun mətbuat konfransı isə saat 20:00-da keçiriləcək. 20:30-da isə təmsilçimiz oyunöncəsi son məşqə çıxacaq. "Astra" - "Zirə" matçı iyunun 13-də saat 21:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti