FOTO - "İnter" Bakıda rahat-rahat işini görsün, o, bizim adamdı!

10 İyul 2017 17:24 Avropa Liqası 838
FOTO - "İnter" Bakıda rahat-rahat işini görsün, o, bizim adamdı!

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "İnter" - "Fola" matçının (iyulun 12-də, saat 20:00-da "Dalğa Arena"da) baş hakimi israilli FİFA referisi Eytan Şmuelevits olacaq.

Sportinfo.az xəbər verir ki, Şmuelevits ilk dəfə klublarımızın avrokubok matçını idarə edəcək. İsrailli ədalət ahibi buna qədər təmsilçilərimizin avrokubok matçını idarə etməyib.

Lakin referi milli komandalarımızın görüşlərində söz sahibi olub. Eytan 2012-ci ildə U-17 millimizin AÇ-2013-ün seçmə mərhələ oyunları çərçivəsində Polşa və Bolqarıstana qarşı matçlarımızı idarə edib. Millimiz Polşaya 0:1, Bolqarıstanlı həmyaşıdlarına isə 1:4 hesabı ilə uduzmuşdu.

Şmuelevits 2015-ci il noyabrın 17-də U-21 millimizin rusiyalı həmyaşıdlarını 3:0 heabı ilə darmadağın etdiyi oyunu da idarə etmişdi. Həmin qarşılaşmada israilli hakim Rusiyanın qapısına bir penalti də təyin etmişdi.

İsrailli FİFA referisi DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Norveç matçının dördüncü hakimi olub. Həmin qarşılaşmada yığma komandamız 1:0 hesablı qələbəyə sevinmişdi.

Şmuelevits 2012-ci ildən FİFA referisidir. O, avrokuboklarda debüt görüşünü 2012-ci ildə, "Şkendiya" - "Portadaun" matçını (0:0) idarə etməklə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti