Sergey Sinkeviç "Zirə"də

10 İyul 2017 15:00 Avropa Liqası 1 019
Sergey Sinkeviç "Zirə"də

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Astra” – “Zirə” matçının hakim təyinatları açıqlanıb. UEFA Rumıniyadakı qarşılaşmaya belaruslu hakimlər briqadasını göndərəcək.

Oyunda ədalət təmsilçisi Sergey Sinkeviç olacaq. Ona Vitali Malyutin və Yevgeni Romanov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

Sportinfo.az xəbər verir ki, iyulun 13-də “Marin Anastasoviçi” stadionunda keçiriləcək “Astra” – “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti