"Zirə"ni xəbərdar etdi: "Nəticə verməyə qadir komandamız var"

10 İyul 2017 14:00 Avropa Liqası 789
"Zirə"ni xəbərdar etdi: "Nəticə verməyə qadir komandamız var"

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq "Astra”nın baş məşqçisi Edvard Yordanesku yerli mətbuata açıqlama verib.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis “Snaqov”la yoxlama oyunundan (8:0) sonra açıqlamasında komandasının sərgilədiyi oyundan razı qaldığını, lakin heyətin tam formalaşmadığını deyib.

“Zirə” və “Astra” arasında ilk oyun iyulun 13-də Rumıniyada, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq: “Zirə” ilə oyunumuza çox az vaxt qalır. Yoxlama oyunlarından maksimum yararlanmağa çalışırıq.

Futbolçular cəmi 3 həftədi bir yerdə məşq edir, ancaq bugünkü oyundan çox razı qaldım. Bu komandaya böyük inamım var. Lakin hələ 2-3 oyunçu da almalıyıq.

Arzu edirəm ki, “Zirə” ilə matçda stadion dolacaq. Çünki futbolçular belə qarşılaşmalarda dəstək hiss etməlidi. Əminəm ki, bizim nəticə verməyə qadir komandamız var. Hazırda heyəti formalaşdırmaqdayıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti