Avropa Liqasının I təsnifat mərhələsində "Differdanj"la Lüksemburqdakı səfər matçından kənarda qalan "Zirə"nin nigeriyalı legioneri Viktor İqbekoyinin viza problemi həll olunub. Baş məşqçi Ayxan Abbasov təcrübəli yarımmüdafiəçinin yolunu gözlədiklərini bildirib:
"Viktorun viza məsələsi həllini tapdı. Bildiyiniz kimi, o, bu problem üzündən Lüksemburqa gələ bilməyərək Bakıda qalmışdı. Artıq İqbekoyiyə viza verlib. Bu gün Rumıniyaya gələrək bizə qoşulacaq və oyuna hazırlığımızda iştirak edəcək" (sport24.az).
Sportinfo.az xəbər verir ki, "Zirə" II təsnifat mərhələsində "Astra"yla düşüb. «Qartallar» iyulun 13-dəki ilk oyununu səfərdə keçirəcəyindən, Belçikaya yollanıb: "Hazırda Brüsseldəyik. "Differdanj"la cavab oyunundan sonra Lüksemburqda qalaraq ertəsi bərpa məşqi keçdik.
Bundan sonra Belçikaya yollandıq və 1 gün istirahətimiz oldu. Rumıniyaya gedərkən yolumuz Belçikadan keçir. Bu gün Brüsseldə məşqimiz olacaq. Axşam isə Rumıniyaya reysimizdi. Bundan sonrakı hazırlıq artıq həmin ölkədə olacaq".

