Avropa Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Astra” yoxalama oyunu keçirib. Sportinfo.az xəbər verir ki, Rumıniyanın aşağı liqasında çıxış edən “Sqanov”la qarşılaşan Ciurcu təmsilçisi 8 cavabsız qolla qalib gəlib. “Astra” ilə “Zirə” arasında ilk oyunun iyulun 12-də Rumıniyada, 20-də isə Bakıda keçiriləcək.

