"Qəbələ"dən ağlagəlməz qol buraxıb uduzduq" - Hollandiyalı

9 İyul 2017 11:15 Avropa Liqası 837
"Qəbələ"dən ağlagəlməz qol buraxıb uduzduq" - Hollandiyalı

“Oynadığımız komanda Avroliqanın 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Qarşı tərəf hazırlığa bizdən öncə başlamışdı” - Sportinfo.az xəbər verir ki, bu sözləri “Utrext”in baş məşqçisi Erik ten Haq deyib.

“Qəbələ” Avstriyadakı təlim məşq toplanışı çərçivəsindəki son görüşündə Hollandiya klubunu 1:0 hesabıyla yenib. Oyunun ardından Eredivizia təmsilçisinin rəsmi saytına danışan çalışdırıcı məğlubiyyəti şərh edib:

“Havanın temperaturunun 28 dərəcə və nəmli olmasına baxmayaraq, meydanda rəqibdən daha yaxşı göründük. Təəssüf ki, ağlagəlməz qol buraxıb uduzduq.

Futbolçularıma iradım yoxdu. Narazı qaldığım məqam oyunun nəticəsidi. Matçdan əvvəl şanslar 5/2 və ya 5/3 nisbətində dəyərləndirilirdi".

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!