Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter", "Zirə" və "Qəbələ"nin bu turnirin 2-ci təsnifat mərhələsindəki bütün oyunlarının keçiriləcəyi tarix və məkan, eləcə də bu qarşılaşmaların başlama saatı dəqiqləşib.
Sportinfo.az xəbər verir ki, mübarizəyə birbaşa bu mərhələdən başlaycaq "Qəbələ" Polşa "Yagelloniya"sı ilə mübarizə aparacaq.
Mübarizəyə ilk mərhələdən başlamış "Zirə" və "İnter" isə müvafiq olaraq, bu dəfə Rumıniyanın "Astra" və Lüksemburqun "Fola" komandasını keçməyə çalışacaq. Təmsilçilərimizin oyunlarının təqvimi belədi:
2-ci təsnifat mərhələsi / İlk oyunlar
12 iyul
20:00. "İnter" - "Fola"
Bakı. "Dalğa Arena".
13 iyul
21:00. "Qəbələ" - "Yagelloniya"
Bakı. 8-ci km stadionu.
21:30. "Astra" - "Zirə"
Curcu. "Marin Anastasoviçi" stadionu.
Cavab oyunları
20 iyul
21:00. "Zirə" - "Astra"
Bakı. "Dalğa Arena".
21:30. "Fola" - "İnter"
Eş. "Emil Mayriş" stadionu.
22:30. "Yagelloniya" - "Qəbələ"
Belostok. "Meyski" stadionu

