“Yagelloniya” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ” ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. Sportinfo.az xəbər verir ki, Polşa təmsilçisi iştirak ərizəsinə 24 oyunçunun adını daxil edib.
“Qəbələ” ilə “Yagelloniya” arasında ilk oyun iyulun 13-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Belostokda keçiriləcək. Komandanın baş məşqçisi İreniuş Mamrot təmsilçimizlə matçlarda 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçunun xidmətindən istifadə edəcək.
Qapıçılar: 25. Marian Kelemen, 39. Kjiştof Karpeçuk, 96. Damian Veqlaj
Müdafiəçilər: 2. Ziqmunt Qordon, 8. Lukaş Burliqa, 12. Gilyerme Sitya, 16. Gutyeri Tomelin, 17. İvan Runye, 20. David Şimonoviç, 77. Pyotr Tomaşik
Yarımmüdafiəçilər: 4. Yatsek Qoralski, 6. Taras Romançuk, 7. Dmitri Xomçenovski, 9. Arvidas Novikovas, 13. Pşemislav Mistkovski, 21. Pşemislav Frankovski, 22. Rafal Qjib (k), 23. Damian Şimanski, 26. Martin Pospisil, 35. David Polkovski
Hücumçular: 10. Fyodor Çernıx, 18. Killian Şeridan, 28. Karol Sviderski, 44. Lukaş Sekulski.

