Avropa Liqasının startı klublarımız üçün uğurlu alındı. Sportinfo.az xəbər verir ki, ilk raundu maksimum nəticəylə başa vuran "İnter" və "Zirə"yə bu dəfə "Qəbələ" də qoşulacaq. Ötən 2 mövsümdə sözügedən mərhələdə birinci etapdan qatılıb qruplaradək uzun yol gedən "qırmızı-qaralar" yeni yarışmaya da əvvəlki iddialı ilə start vermək niyyətindədi.
Serbiyalıların qənimi
“İnter”in legioneri Denis Silva Azərbaycan klublarının heyətində 3-cü avrokubok qoluna imza atıb. Braziliyalı müdafiəçi 3-cü qolunu Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la ev oyununda vurub. Hesabı açan cənubi amerikalı bunadək 2 dəfə fərqlənmişdi. O, qollarını “Neftçi”də oynadığı vaxt vurmuşdu. Maraqlıdı ki, 2014-cü il avqustun 21-də dubl müəllifi olan Denis digər Serbiya klubuna qənim olmuşdu. Amma 1050 gün öncə “Partizan”la səfər görüşündəki 2 top onun komandasına yetərli olmamışdı – 2:3. 3 ildən sonra yenə serbiyalılara qol vuran müdafiəçi avrokuboklarda 3 və daha çox fərqlənən 32-ci oyunçumuzdu.
Avroliqada 19-cu, ümumilikdə 27-ci dəfə
“İnter” “Mladost”la oyunda ciddi üstünlük qazanıb. Aleksandr Pejoviçin meydandan qovulması Serbiya təmsilçisini 10 nəfərlə qoyub. Bu, Azərbaycan klublarının avrokubok tarixində rəqiblərimizin aldığı 27-ci qırmızı vərəqədi. Bunadək 26 dəfə təmsilçilərimiz rəqibin belə ağır cəzalanmasını görmüşdü. Bu qırmızılardan 5-i Çempionlar Liqası, 2-si İntertoto kuboku, 1-i Kuboklar Kubokunda olubsa, Avropa Liqasında bu rəqəm 19-a çatıb.
ONu fəth etdilər
“İnter” AL-da yubiley qələbəsini qazanıb. I təsnifat mərhələsinin cavab oyununda Serbiya “Mladost”undan güclü olan (2:0) bakılılar bu turnirdə 10-cu dəfə sevinib. Paytaxt təmsilçisi 10-u 22-ci matçda fəth edib. 7 heç-heçə və 5 məğlubiyyəti olan komanda qələbə sayında ikirəqəmli ədədə çatıb. Bu görüşlərdə 32 top vuran komanda 20 top buraxıb. “İnter” Avropa Liqasında ən çox qələbə qazanan komandalarımız arasında 2-ci yerdədi.
“İnter” “Qəbələ”yə çatdı, “Zirə” 10-cu oldu
AL-nın I təsnifat mərhələsində çıxış edən hər iki Azərbaycan klubu turu adlayıb. “Mladost”u keçən (3:0, 2:0) “İnter” tarixində 8-ci dəfə bunu bacarıb. Paytaxt klubu keçilən mərhələ sayında “Qəbələ”yə çatıb. Yalnız “Qarabağ” (17) və “Neftçi” (9) daha çox uğur qazanıb. Lüksemburq “Differdanj”ını zərərsizləşdirən (2:0, 2:1) “Zirə” isə debütdə bunu reallaşdırıb. “Zirə” mərhələ adlayan 10-cu komandamız kimi tarixə düşüb. Belə ki, avrokubokda oynamış 18 komandadan 8-nin belə uğuru yoxdu. “Zirə” həm də “İnter”dən sonra debütdə tur keçən 2-ci komanda kimi tarixə düşüb. “Xəzər Universiteti” adlandığı vaxt mərhələ keçən bakılılar 2004/05 mövsümündə Avstriya “Kazino”sundan güclü olmuşdu – +:-, 2:1.
“Molodoy" Ayxan
Ayxan Abbasov avrokuboklarda mərhələ adlayan ən gənc məşqçimiz olub. “Differdanj”ı keçən “Zirə”nin çalışdırıcısı 36 yaşında tur adlayıb. Bunu debüt mövsümündə bacaran gənc məşqçi Azərbaycan klubları ilə mərhələ keçən 16-cı çalışdırıcı kimi tarixə düşüb. Əvvəlki 15 məşqçidən heç biri 36 yaşında buna sevinməyib. “Mladost”u keçən (3:0, 2:0) “İnter”in çalışdırıcısı Zaur Svanadze isə 3-cü uğuruna sevinib. O, iki il əvvəl elə indiki komandası ilə ilk 2 mərhələni arxada qoymuşdu.
16-ci “dubl”
Komandalarımız raundu ikiqat qələbə ilə başa vurub. Bununla da avrokubokda mərhələni iki qələbəylə başa vurduğumuz duellərin sayı 16-ya çatıb. “Zirə” ilk rəqibini belə üstələyibsə, “İnter” 4-cü uğurunu rəsmiləşdirib. Bakılılar Avstriya “Kazino”su (+:-, 2:1), Estoniya “Trans”ı (2:0, 5:0) və Moldova “Tiraspol”una (3:2, 3:1) şans verməyib. Texniki nəticə də olsa, ilk “dubl” məhz “İnter”in hesabındadı. “Kazino” səddi 13 il öncə İntertoto kubokunda keçilib.
İntizamlı və dəqiq “İnter”
“İnter” - “Mladost” matçının statistik göstəriciləri açıqlanıb. UEFA müxtəlif komponentlərdə üstün olduğunu hesablayıb. 2:0 hesablı ev qələbəsi qazanan “İnter” zərbə sayında Serbiya təmsilçisindən üstün olub. Qonaqlar daha çox intizamsızlıq ilə fərqlənib.
“İnter” “Mladost”
2 Qollar 0
10 Zərbələr 8
4 Çərçivəyə 2
3 Çərçivəyə düşməyən 5
3 Dəf olunan 1
2 Künc zərbələri 3
1 Oyundan kənar vəziyyət 4
10 Qayda pozuntusu 18
0 Sarı vərəqə 2
0 Qırmızı vərəqə 1
“Zirə” “az vurub, saz vurub”
“Differdanj” - “Zirə” matçının statistik göstəriciləri açıqlanıb. UEFA görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz dəqiqliyi ilə rəqibindən üstün olub. Meydan sahibləri daha çox zərbə vursa da, çərçivəni nişan almaqda bakılılara çatmayıb.
“Differdanj” “Zirə”
1 Qollar 2
21 Zərbələr 15
7 Çərçivəyə 8
9 Çərçivəyə düşməyən 6
5 Dəf olunan 1
8 Künc zərbələri 5
0 Oyundan kənar vəziyyət 2
12 Qayda pozuntusu 13
1 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
II mərhələnin cütləri bilindi
Avropa Liqasının II təsnifat mərhələsinin cütləri dəqiqləşib. İlk raundun cavab qarşılaşmalarından sonra mübarizəni davam etdirəcək klubların adlarına aydınlıq gəlib. Bunlar arasında Azərbaycanın “İnter” və “Zirə” klubları da var. “Qəbələ” isə mövsümə məhz II təsnifat mərhələsindən start verəcək. Beləliklə, 33 cüt aşağıdakı kimi formalaşıb:
“Zirə” (Azərbaycan) - “Astra” (Rumıniya)
“Vaduts” (Lixtenşteyn) - “Odd” (Norveç)
“Botev” (Bolqarıstan) - “Beytar” (İsrail)
“Trençin” (Slovakiya) - “Bney Yehuda” (İsrail)
“Brondbü” (Danimarka) - “Vaasa” (Finlandiya)
“Altax” (Avstriya) - “Dinamo” (Brest, Belarus)
“Rabotniçki” (Makedoniya) - “Dinamo” (Minsk, Belarus)
“Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan)
“İrtış” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya)
“Jelezniçar” (Bosniya və Herseqovina) - AİK (İsveç)
“Kalyu” (Estoniya) - “Videoton” (Macarıstan)
“Şkendiya” (Makedoniya) - HİK (Finlandiya)
AEK (Kipr) - “Kork Siti” (İrlandiya)
“Hoqesund” (Norveç) - “Lex” (Polşa)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Reykyavik” (İslandiya)
“Ferensvaroş” (Macarıstan) - “Midtyulland” (Danimarka)
“Şemrok Rovers” (İrlandiya) - “Mlada Boleslav” (Çexiya)
“Şturm” (Avstriya) - “Mladost” (Monteneqro)
“İnter” (Azərbaycan) - “Fola” (Lüksemburq)
“Norçepinq” (İsveç) - “Trakay” (Litva)
“Aberdin” (Şotlandiya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina)
“Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə)
“Proqres” (Lüksemburq) - AEL (Kipr)
“Liepaya” (Latviya) - “Suduva” (Litva)
“Panionios” (Yunanıstan) - “Qoritsa” (Sloveniya)
“Kayrat” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya)
“Slovan” (Slovakiya) - “Lyunqbyu” (Danimarka)
“Osiyek” (Xorvatiya) - “Lütsern” (İsveçrə)
“Valletta” (Malta) - “Utrext” (Hollandiya)
“Valyur” (İslandiya) - “Domjale” (Sloveniya)
“Rujomberok” (Slovakiya) - “Brann” (Norveç)
“Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa)
“Apollon” (Kipr) - “Zarya” (Moldova)
Keçilməz rumıniyalılar, Rəşad Sadiqovun 9 illik xatirəsi
Avropa Liqasının II təsnifat mərhələsi Azərbaycan və Rumıniya klubları arasında duellə əlamətdar olacaq. İlk raundda “Differdanj”ı mübarizədən kənarlaşdıran (2:0, 2:1) “Zirə” “Astra” ilə qarşılaşacaq. Bu, avrokuboklar tarixində iki ölkə klubları arasında 3-cü duel kimi tarixə düşəcək. İndiyədək iki dəfə yollar kəsişib ki, hər dəfə mərhələni Rumıniya təmsilçisi keçib. Bizim üçün keçilməz olan ölkə ilə ilk qarşılaşan “Dinamo” olub. İndiki “Bakı” 1998-ci ildə “Arceş” önündə “ağ bayraq qaldırıb”. Rumıniyalılar hər iki matçda qalib gəlib. Növbəti belə matç 10 il sonraya təsadüf edib. İntertoto kubokunda qələbələri sıralayan “Neftçi” “Vaslui” səddinə ilişib. Evdə qələbə qazanan bakılılar üstünlüyünü səfərdə əldən verib. Maraqlıdı ki, rumıniyalılara vurulan qollardan birinin müəllifi Rəşad Sadiqov indi “Zirə”nin üzvüdü və “Astra” ilə görüşə 9 il əvvəl rumınlara vurduğu qolun xatirəsi ilə çıxacaq.
1998/99, UEFA kuboku
1-ci təsnifat mərhələsi
22 iyul. “Arceş” (Rumıniya) – “Dinamo” - 5:1
29 iyul. “Dinamo” – “Arceş” (Rumıniya) - 0:2
2008/09, İntertoto kuboku
3-cü mərhələ
19 iyul. “Neftçi” – “Vaslui” (Rumıniya) - 2:1
26 iyul. “Vaslui” (Rumıniya) – “Neftçi” - 2:0
Denis serblərin qənimidi
“Dalğa Arena”da Serbiya “Mladost”unu məğlub edən “İnter” (2:0) bununla da avrokuboklarda 13-cü qələbəsini qazandı. Bakılılar bu mənada yalnız “Qarabağ” (28) və “Neftçi”dən (16) geri qalır. Bu qələbə həm də təmsilçilərimizin Serbiya klubları üzərində 3-cü zəfəridi. Maraqlıdı ki, ilk 11 matçda balkanlılara qalib gələ bilməyən komandalarmız son 3 qarşılaşmasında rəqiblərinə göz açmağa imkan vermir - 3 qələbə və 7 cavabsız qol. Bundan başqa, “bankirlər” tarixində 3-cü dəfə bir rəqibini hər iki oyunda məğlub edərək mərhələ adladı. Bakılılar daha əvvəl “Xəzər Universiteti” adı altında Avstriya “Kazino”sunu (2:1, +:-) və Estoniya “Trans”ını (2:0, 5:0) hesabları ilə üstələmişdi. Bu matçda fərqlənən Denis Silva isə klublarmızın heyətində avrokuboklarda 3-cü qolunu vurdu. Maraqlıdı ki, o əvvəlki 2 qolunu da məhz Serbiya təmsilçilərnin qapısından keçirmişdi. Braziliyalı müdafiəçi “Neftçi”də çıxış edərkən Belqradda “Partizan”la görüşdə (2:3) dubl etmişdi. Matçda son nöqtəni qoyan Nizami Hacıyev isə avrokuboklarda 2-ci dəfə qol vurdu. O, 5 il əvvəl Rakveredə “Trans”ı məyus etmişdi. Digər təmsilçimiz “Zirə” də “İnter” kimi turu itkisiz başa vurdu. “Qartallar” Bakıda 2:0 hesabı ilə üstələdiyi “Differdanj”ı cavab matçında da məğlub etməklə (2:1) debüt mövsümündə mərhələ adlayan 2-ci komandamzı oldu. Onlara kimi “İnter”in sələfi olan “Xəzər Universiteti” İntertoto kubokunda bu nəticəni qazanmışdı. Bu uğur həm də təmsilçilərmizin luksemburqlular üzərində 4-cü matçda 3-cü qələbəsi oldu. Onlara kimi “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında “Düdelanaj”ı evdə 2:0 hesabı ilə məğlub etmiş, səfərdə isə heç-heçəyə razı olmuşdu – 1:1. Bundan başqa, ilk dəfə komandalarmız hansısa mərhələdə maksimum nəticə qazanaraq mərhələ adladılar.
“İnter” və “Zirə”: Oyunların vaxtı və yeri dəyişdirildi
Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki matçlarının vaxtı və yeri müəyyənləşib. UEFA klublarımızın oyunlarının təqvimində dəyişiklik edib. Çünki təqvimə əsasən, hər 3 komandamız – “Qəbələ”, “Zirə” və “İnter” ilk oyununu evdə keçirməli idi. Ancaq qitə futbol qurumu “Zirə”nin ilk qarşılaşmanı səfərdə oynamasını qərara alıb. Hazırda Lüksemburqda olan paytaxt təmsilçisi bu gün bərpa məşqi keçdikdən sonra “Astra” ilə ilk oyun üçün birbaşa Rumıniyaya yollanacaq. Komanda iyulun 13-dəki matça qədər məşqlərini məhz həmin ölkədə keçəcək. “Qəbələ”nin iyulun 13-də Polşa “Yagelloniya”sını 8-ci km qəsəbə stadionunda qəbul edəcəyi öncədən bəlli idi və bunda bir dəyişiklik edilməyib. “İnter” də II mərhələdəki rəqibi “Fola”nı “Dalğa Arena”da qəbul edəcək. Ancaq “Qəbələ”nin matçı ilə üst-üstə düşməməsi üçün bu oyun iyulun 13-də yox, bir gün əvvəl reallaşacaq. “İnter”lə “Qəbələ” iyulun 20-də cavab matçını səfərdə, “Zirə” isə həmin gün evdə keçirəcək. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı ilə ilk qarşılaşması iyunun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.
Azərbaycan&Polşa: 22 oyun, 14 məğlubiyyət
Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Yagelloniya” dueli Azərbaycan və Polşa klublarının 12-ci qarşıdurması olacaq. İndiyədək iki ölkə təmsilçilərinin yolları 11 dəfə kəsişib. Polşa komandaları bizim üçün uğursuz xatirələrə səbəb olub. “Xəzri” “Qutnik”ə 0:9, “Neftçi” “Vidzev”ə 0:8 hesabı ilə uduzub. Birinci oyun avrokubok tarixindəki antirekordumuzdu. Üstəlik, “Lex” kabusu da var ki, bu komanda 4 dəfə təmsilçilərimizi mübarizədən kənarlaşdırıb. Ümumiyyətlə, 11 dueldən 9-da Polşa klubu mərhələ keçib. Bizimkilər isə yalnız “Qarabağ”ın iki uğuruna sevinib. Baş tutan 22 matçdakı 4 qələbəmizdən 3-ü də ağdamlıların hesabındadı. 4 dəfə də heç-heçəsi olan təmsilçilərimiz 14 dəfə meydanı məğlub tərk edib. Ən çox qarşılaşdığımız ölkə olan Polşa klubları top fərqində də aşkar üstündü. Rəqiblərimiz 53, komandalarımız 17 qol vurub.
1996/97, UEFA kuboku
“Qutnik” (Krakov, Polşa) – “Xəzri” - 9:0, 2:2
1997/98, Çempionlar Liqası
“Neftçi” – “Vidzev” (Polşa) - 0:2, 0:8
1998/99, Çempionlar Liqası
LKS (Polşa) – “Kəpəz” - 4:1, 3:1
2000/01, İntertoto kuboku
“Zaqlebye” (Polşa) – “Viləş” - 4:0, 3:1
2005/06, İntertoto kuboku
“Karvan” – “Lex” (Polşa) - 1:2, 0:2
2007/08, UEFA kuboku
“MKT Araz” – “Qrotslin” (Polşa) - 0:0, 0:1
2008/09, UEFA kuboku
“Xəzər Lənkəran” – “Lex” (Polşa) - 0:1, 1:4
2010/11, Çempionlar Liqası
“İnter” – “Lex” (Polşa) - 0:1, 1:0, pen. 8:9
2010/11, Avropa Liqası
“Visla” (Polşa) – “Qarabağ” - 0:1, 2:3
2012/13, Avropa Liqası
“Xəzər Lənkəran” – “Lex” (Polşa) - 1:1, 0:1
2013/14, Avropa Liqası
“Qarabağ” – “Pyast” (Polşa) - 2:1, 2:2
Azərbaycan Belarusa yaxınlaşdı – UEFA reytinqi
Avrokubokların I təsnifat mərhələsindən sonra UEFA reytinqi açıqlanıb. AL-dakı cavab oyunlarından sonra cədvəldə bəzi dəyişikliklər olub. Siyahıya İspaniya başçılıq edir – 88,998 xal. Azərbaycan yalnız hesabını zənginləşdirib. “Zirə”nin səfərdə “Differdanj”ı 2:1, “İnter” evdə “Mladost”u 2:0 yenib ki, bunlar da aktivimizə daha 0,500 xal qazandırıb. Bununla da cari mövsüm 4 oyunda 4 qələbə əldə edən klublarımızın qazancı 1,000-ə çatıb. Bunun yarısı “İnter”, yarısı “Zirə”nin hesabındadı. Nəticədə son 5 mövsümün cəmindəki əmsalımız 15,750-yə yüksəlib. Azərbaycan bu qazancla irəliləyə bilməyib və 23-cü pillədə qalıb. Lakin Belarus və Bolqarıstanla xal fərqi 0,250-yə enib. Hərçənd bu matçlaradək Bolqarıstandan 0,375, Belarusdan 0,500 xal geri qalırdı. Ən yaxın izləyicimiz isə İsveçdi. Skandinaviyalılarla xal fərqi 0,275-ə bərabərdi (apasport.az).
N Ölkə 13/14 14/15 15/16 16/17 17/18 Cəmi komanda
1 İspaniya 23.000 20.214 23.928 20.142 1.714 88.998 7/ 7
2 Almaniya 14.714 15.857 16.428 14.571 1.714 63.284 7/ 7
3 İngiltərə 16.785 13.571 14.250 14.928 2.285 61.819 7/ 7
4 İtaliya 14.166 19.000 11.500 14.250 1.333 60.249 6/ 6
5 Fransa 8.500 10.916 11.083 14.416 1.333 46.248 6/ 6
6 Rusiya 10.416 9.666 11.500 9.200 0.800 41.582 5/ 5
7 Portuqaliya 9.916 9.083 10.500 8.083 1.333 38.915 6/ 6
8 Belçika 6.400 9.600 7.400 12.500 0.800 36.700 5/ 5
9 Ukrayna 7.833 10.000 9.800 5.500 0.800 33.933 5/ 5
10 Türkiyə 6.700 6.000 6.600 9.700 0.800 29.800 5/ 5
11 Hollandiya 5.916 6.083 5.750 9.100 0.800 27.649 5/ 5
12 Çexiya 8.000 3.875 7.300 5.500 0.000 24.675 5/ 5
13 İsveçrə 7.200 6.900 5.300 4.300 0.800 24.500 5/ 5
14 Yunanıstan 6.100 6.200 5.400 5.800 0.000 23.500 5/ 5
15 Avstriya 7.800 4.125 3.800 7.375 0.375 23.475 4/ 4
16 Danimarka 3.800 2.900 5.500 8.500 1.000 21.700 4/ 4
17 Xorvatiya 4.375 6.875 4.500 5.125 0.500 21.375 4/ 4
18 Polşa 3.125 4.750 5.500 3.875 1.000 18.250 4/ 4
19 Rumıniya 6.875 5.125 2.250 3.300 0.000 17.550 5/ 5
20 İsrail 5.750 1.375 2.250 6.750 1.000 17.125 4/ 4
21 Bolqarıstan 5.625 4.250 1.000 4.250 0.875 16.000 3/ 4
22 Belarus 1.750 5.500 5.125 3.000 0.625 16.000 3/ 4
23 AZƏRBAYCAN 2.500 3.625 4.375 4.250 1.000 15.750 4/ 4
24 İsveç 3.200 3.900 4.750 2.750 0.875 15.475 4/ 4
25 Kipr 2.750 3.300 3.000 5.500 0.750 15.300 4/ 4
26 Qazaxıstan 3.125 3.375 4.625 2.750 1.125 15.000 3/ 4
27 Şotlandiya 3.250 4.000 3.000 4.375 0.250 14.875 2/ 4
28 Norveç 2.600 2.200 7.250 1.375 0.875 14.300 4/ 4
29 Lixtenşteyn 1.000 2.500 5.000 2.500 2.000 13.000 1/ 1
30 Serbiya 2.500 2.750 4.250 2.875 0.625 13.000 2/ 4
31 Slovakiya 1.625 2.750 3.750 2.125 1.250 11.500 4/ 4
32 Sloveniya 2.625 4.000 1.000 2.250 0.875 10.750 3/ 4
33 İslandiya 2.500 2.500 1.125 1.000 0.500 7.625 3/ 4
34 Moldova 3.375 1.750 1.250 0.875 0.375 7.625 2/ 4
35 Macarıstan 0.875 2.125 1.625 1.875 0.875 7.375 3/ 4
36 İrlandiya 0.250 2.000 0.700 2.625 1.000 6.575 3/ 4
37 Finlandiya 0.500 2.400 1.000 1.750 0.875 6.525 3/ 4
38 Albaniya 2.000 0.875 2.125 0.875 0.500 6.375 2/ 4
39 Bosniya H. 1.500 1.750 1.500 0.500 1.000 6.250 3/ 4
40 Makedoniya 0.500 1.125 1.500 1.250 1.000 5.375 3/ 4
41 Estoniya 1.000 1.500 1.000 1.375 0.500 5.375 1/ 4
42 Latviya 1.625 0.250 1.625 1.375 0.375 5.250 3/ 4
43 Gürcüstan 1.875 1.250 0.625 1.125 0.125 5.000 1/ 4
44 Ermənistan 1.125 0.375 1.625 1.125 0.500 4.750 1/ 4
45 Monteneqro 1.250 0.750 1.000 0.875 0.750 4.625 2/ 4
46 Malta 0.875 0.125 0.875 1.250 1.250 4.375 2/ 4
47 Ş.İrlandiya 0.875 1.375 0.750 0.500 0.750 4.250 1/ 4
48 Lüksemburq 1.500 0.500 0.750 0.750 0.625 4.125 3/ 4
49 Litva 1.250 0.500 0.750 0.500 0.875 3.875 3/ 4
50 Uels 0.750 0.125 1.500 1.000 0.500 3.875 1/ 4
51 Farer adaları 0.875 1.375 0.375 0.375 0.625 3.625 1/ 4
52 Cəbəllütariq 0.000 0.250 0.750 1.500 0.333 2.833 1/ 3
53 Andorra 0.333 0.500 0.166 0.166 0.166 1.331 3
54 San-Marino 0.333 0.000 0.000 0.000 0.166 0.499 3
55 Kosovo 0.000 0.000 0.000 0.000 0.000 0.000 2

