"Bakıda heç-heçə edək, sonra "Qəbələ"ni evdə udarıq"

7 İyul 2017 19:00 Avropa Liqası 786
"Bakıda heç-heçə edək, sonra  "Qəbələ"ni evdə udarıq"

“Avropa Liqasının bütün iştirakçıları güclüdür. Buna rəğmən, “Yagelloniya” Azərbaycana qələbə üçün gedəcək” - Sportinfo.az-ın məlumatına görə, bunu futbolas.lt saytına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Yagelloniya”nın futbolçusu Arvidas Novikovas deyib.

“Qəbələ”nin “Yagelloniya” ilə ilk oyunu iyulun 13-də keçiriləcək. “Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək. Cavab görüşü isə iyulun 20-də olacaq. Polşa təmsilçisinin 27 yaşlı litvalı müdafiəçisi bildirib ki, səfərdə baş tutacaq ilk matçda uğurlu nəticə əldə etməyə çalışacaqlar:

“Bütün oyunlar çətindir. Bilirik ki, “Qəbələ” son illər Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Lakin Azərbaycanda qalibiyyət üçün mübarizə aparacağıq. İlk görüşü aktivimizə yazmaq istəyirik.

Hətta heç-heçə də yaxşı nəticə olacaq. Daha sonra öz meydanımızda lazım olan nəticəni təmin edərik. Evdə həmişə yaxşı oynayırıq. Ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazanacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti