Üzünə top dəyən Səmra: "Gözümdə bir az ağrı var" - VİDEO

7 İyul 2017 10:48 Avropa Liqası 795
Üzünə top dəyən Səmra: "Gözümdə bir az ağrı var" - VİDEO

Avropa Liqasının “İnter” – “Mladost” oyunundan əvvəl xoşagəlməz hadisə baş verib. Sportinfo.az xəbər verir ki, oyundan əvvəl Bakı klubunun məşqçisi Zaur İsmayılov ilə müsahibə zamanı “CBC Sport”un xanım şərhçisi Səmra Əliyevə yüngül zədə alıb.

Belə ki, canlı yayım zamanı top onun üzünə dəyib. Amma Əliyevə özünü itirməyib. O, əsl jurnalist peşəkarlığı nümayiş etdirərək söhbəti yarımçıq saxlamayıb və yayıma davam edib. Sonradan o, Feysbuk hesabında yazıb: “Gözümdə bir az ağrı var. Ümumilikdə hər şey yaxşıdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti