"Qəbələ" rəsmisinin gözü qabağında 4 hadisə - VİDEO

7 İyul 2017 10:24 Avropa Liqası 820
"Qəbələ" rəsmisinin gözü qabağında 4 hadisə - VİDEO

“Qəbələ” Avropa Liqasına mübarizəyə II təsnifat mərhələsindən başlayır. Azərbaycan çempionatının gümüş mükafatçısının rəqibi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçi Polşadan “Yagelloniya” ilə qarşılaşacaq.

“Yagelloniya” hər iki matçda Batumi “Dinamo”sunu (Gürcüstan) məğlub etməklə (1:0, 4:0) II mərhələyə vəsiqə qazanıb. Bu görüşü qəbələlilərin baş meneceri Səbuhi səfiyarlı da canlı izləyib. Bunun üçün o, toplanışda olduqları Avstriyadan Polşaya yollanıb.

“Qəbələ” və “Yagelloniya” arasında ilk oyun iyulun 13-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti