"İnter"də yenilik: "Ola bilər ki, çempionatda başqa sponsor olsun"

7 İyul 2017 08:36 Avropa Liqası 851
"İnter"də yenilik: "Ola bilər ki, çempionatda başqa sponsor olsun"

Sportinfo.az xəbər verir ki, Avroliqanın təsnifat mərhələsinin cavab oyununda "Mladost”a qalib gələrək (2:0) növbəti mərhələyə yüksələn "İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov sualları cavablandırıb.

Komandadan qələbə gözləyirdiz?

- Açığı, birinci oyunun nəticəsindən sonra komandanın hardasa boşluq verəcəyindən qorxurduq. Lakin komanda ilə söhbətimiz oldu və sevinirəm ki, futbolçulara lazım olan ruhu verə bildik. Qol buraxmadan qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazandıq. Bunda görə, bütün futbol ictimayyətini təbrik edirəm.

Bu oyuna qədər may ayının maaşları ödəniləməli idi...

- Fikrimizi oyuna yönəltmişdik. Komandada maaş problemi 95 faiz yoxdur. Maaşlar ödənilib.

Futbolçuları sizi alqışladılar, deyəsən, mükafat söz vermişdiz.

- Xeyr. Komandanı qələbə münasibəti ilə təbrik etdim. Dedim ki, vaxt azdı, qarşıda növbəti oyuna qədər 5 gün qalıb. Komandaya təşəkkür elədim.

Klubun bazası ilə bağlı problem yaranıb. Bununla bağlı nə deyə bilərsiz?

- Bu bir az çətin məsələdir. Açığı, bizim üçün sürpriz oldu. Bunu gözləmirdik. "Aqrokredit” bankı bizimlə müqaviləni uzatmaq istəmədi. Mərdəkanda "Dalğa Arena” kimi gözəl stadion və təlim-məşq bazası var. Bu yaxınlarda yeni bazamıza – “Dalğa Arena”ya köçəcəyik.

"İnter”in sponsoru "Səmayə” şirkəti olacaq?

- "Səmayə” şirkəti futzalda "Araz” komandasına da sponsorluq edir. Avropa Liqasında bu şirkətin loqosu ilə çıxış etdik. Lakin bu yalnız avrokubok üçündür. Ola bilər ki, çempionatda başqa sposnor olsun. Növbəti rəqibimiz Lüksemburq komandasıdır. Beş gün ərzində bu matça hazırlaşacağıq.

Növbəti mərhələdəki rəqibin Moldova deyil, Lüksemburq təmsilçisi olması sizə təəccüblü gəlmədi?

- Artıq Avropada zəif komanda yoxdur. Rəqibin kimliyindən asılı olmayaraq oyuna ciddi hazırlaşacağıq.

"Neftçi” ilə müqavilə bağlayan qapıçınız Səlahət Ağayevin aqibəti necə olacaq. Onun avqustun 1-dən "Neftçi"yə keçəcəyi deyilir.

- Dəstəyə görə "Neftçi”yə təşəkkür edirəm. Yəqin ki, hansısa mərhələyə qədər Səlahətin bizə kömək etməsi üçün onlardan xahiş edəcəyik.

Yeni dəbdəbəli avtobusun komandaya sizin hədiyyəniz olduğu deyilir…

- Bu avtobusu AFFA-nın dəstəyi ilə əldə elədik. Elə buna görə AFFA rəhbərliyinə də təşəkkür edirəm.

Avtobusun üzərindəki loqo fərqlidir. Dəyişiklik baş verəcək?

- Əlbəttə, dəyişiklik olacaq. Qeyd etdiyim kimi, loqoda da, formada da dəyişiklik olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti