"3 ildi çətinliklərlə üzləşirik, ancaq nəticə qazanmağı bacarırıq"

7 İyul 2017 00:00 Avropa Liqası 709
"3 ildi çətinliklərlə üzləşirik, ancaq nəticə qazanmağı bacarırıq"

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Mladost”u 2:0 hesabıyla məğlub edərək növbəti mərhələyə adlayan “İnter”in baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı keçirilib. Sportinfo.az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:

“Rəqib çox yaxşı komanda idi. İlk oyunda 3:0 hesabıyla qalib gəlməyimizə baxmayaraq, bu oyundan öncə həyəcanlı idim. 6 ildi burda çalışıram. 3 ildi ardıcıl çətinliklərlə üzləşirik. Ancaq buna baxmayaraq, nəticə qazanmağı bacarırıq. Buna görə, uşaqlara təşəkkür edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti