"Zirə"nin AL-da mərhələ keçməsini görmək istəyənlər

6 İyul 2017 00:08 Avropa Liqası 694
"Zirə"nin AL-da mərhələ keçməsini görmək istəyənlər

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Zirə"nin Lüksemburq "Differdanj"ına qarşı keçirəcəyi cavab oyunu canlı yayımlanacaq. Sportinfo.az xəbər verir ki, sözügedən matç MYVİDEO TV (KATV 1 və Myvideo.az saytı) ilə canlı yayımlanacaq.

Sportfm.az saytının baş redaktoru Araz Əhmədov məsələ ilə bağlı bunları deyib: "Səfərdə baş tutacaq görüşü MYVİDEO TV vasitəsilə canlı yayımlayacağıq. Uzun sürən danışıqlardan sonra birbaşa yayımı təşkil etmək mümkün olacaq.

"Differdanj"la cavab matçı iyulun 6-da keçiriləcək və Bakı vaxtilə saat 21:00-da start götürəcək. "Zirə"nin avrokuboklardakı debüt ilində mərhələ adlamasına şahidlik etmək istəyən hər kəsi ekran başına dəvət edirik. Canlı yayım zamanı studiyada futbol eksperti Samir Əbdürrəhmanov da olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti